Bakı. Trend:
2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Gürcüstana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artaraq, 14 milyon 878 min 89 dollara çatıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə Gürcüstana 1 milyon 75 min 56 dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 85,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 2 milyard 620 milyon 234 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 259 milyon 878 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,6 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 2 milyard 875 milyon 693 min dollar məbləğində xalça məhsulları ixrac edib.