...

2025-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır - AMB

Maliyyə Materials 18 Dekabr 2024 12:08 (UTC +04:00)
2025-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır - AMB
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.

Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat verilib.

"Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin möhkəmlənməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır", - məlumatda bildirilir.

Qeyd edək ki, Mərkəzi Bankın ötən press-relizində uçot dərəcəsi ilə illik inflyasiyanın 2024-cü ilin sonuna qədər 5,1 faiz, 2025-ci ildə isə 5,8 faiz olacağı proqnozlaşdırılırdı.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 18 dekabr tarixində uçot dərəcəsini dəyişməz olaraq 7,25 faiz səviyyəsində saxlamaq qərarını qəbul edib. Həmçinin faiz dəhlizinin yuxarı və aşağı hədləri də müvafiq olaraq 8,25 faiz və 6,25 faiz səviyyəsində dəyişməz qalıb.

Uçot dərəcəsinin dəyişməz saxlanması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonu (4±2%) daxilində olması və makroiqtisadi meyillərin təhlili nəzərə alınaraq qəbul edilib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və gözlənilən inflyasiya göstəriciləri, həmçinin daxili və xarici risk amillərinin dinamikası nəzərə alınaraq qəbul ediləcək.

Mərkəzi Bank iqtisadi prosesləri təhlil etməyə və maliyyə bazarlarını monitorinq etməyə davam edir.

Xəbər lenti

Xəbər lenti