Bakı. Trend:
İndiyə qədər 6218 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Namizədliyi irəli sürülənlərdən 3524 nəfərə imza vərəqələri verilib, 763 nəfər imza vərəqələrini qaytarıb, 263 nəfərin nаmizədliyi qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.