...

Ağrıkəsicilərin uzun müddətli istifadəsi ümumi sağlamlığa mənfi təsir göstərə bilər - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 18 Dekabr 2024 16:48 (UTC +04:00)
Ağrıkəsicilərin uzun müddətli istifadəsi ümumi sağlamlığa mənfi təsir göstərə bilər - Səhiyyə Nazirliyi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ağrıkəsicilərin uzun müddətli istifadəsi ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Bu kimi dərmanların nəzarətsiz və davamlı istifadəsi risklər yarada bilər.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) baş həkimi Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə uzun müddətli ağrı kəsicilərin istifadəsi ağrını azaltsa da, qığırdaq toxumasının bərpasına mənfi təsir göstərir:

“Ağrının müvəqqəti yüngülləşməsi nəticəsində xəstə aktivliyini artırır, lakin bu zaman oynaqda olan problemlər (məsələn, qığırdaq zədələnməsi) daha da irəliləyir. Bu dərmanlar əsas problemi həll etmir, yalnız simptomları aradan qaldırır. Bəzi ağrıkəsicilər və iltihab əleyhinə dərmanlar sümük sıxlığını azalda, xüsusən də uzun müddət istifadə edildikdə osteoporoza (sümük əriməsi) səbəb ola bilər. Ağrıkəsicilər qısamüddətli istifadədə təsirli olsa da, uzunmüddətli istifadədə ciddi fəsadlara səbəb ola bilər. Oynaq sağlamlığını qorumaq üçün həkim məsləhəti ilə yanaşı, düzgün həyat tərzinə üstünlük vermək daha faydalıdır. Ağrıların davamlı olması vəziyyətində mütləq mütəxəssisə müraciət edilməlidir”.

N.Məmmədov qeyd edib ki, oynaq ağrılarının uzunmüddətli idarə olunmasında ağrıkəsicilər əsas həll yolu olmamalıdır:

“Ağrını azaltmaq və oynaq sağlamlığını qorumaq üçün digər yanaşmalar da faydalıdır. Yüngül oynaq hərəkətləri və fiziki terapiya oynaq sağlamlığını dəstəkləyər, D vitamini, kalsium və omeqa-3 yağ turşuları oynaq və sümük sağlamlığı üçün vacib olanlardır. Çəkinin aşağı olması oynaq yükünü azaldaraq ağrını azalda bilər. Bir sıra təbii iltihab əleyhinə vasitələrdə vardır ki, onlar da oynaq ağrılarını azalmasına kömək edə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti