Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden Tayvana 571,3 milyon dollar məbləğində hərbi yardım ayırma qərarını təsdiqləyib.
Trend xəbər verir
ki, bu barədə Ağ Evdən yayılan açıqlamada bildirilir. Prezident
Bayden açıqlamasında belə deyib:
“Prezident kimi mənə verilən səlahiyyətlə, dövlət katibinə bu
məbləğin istifadəsinə göstəriş verirəm.”
Bu vəsaitlərin ABŞ Müdafiə Nazirliyi vasitəsilə müdafiə texnikası, hərbi xidmətlər, eləcə də hərbi təhsil və təlimlər üçün istifadə olunacağı qeyd olunur.
Eyni zamanda, Çin Tayvana silah tədarükündə iştirak edən 13 ABŞ istehsalçısına qarşı sanksiyalar tətbiq edib. Çin bu addımı Tayvanla bağlı siyasətinə zidd hesab edir və hərbi yardımları gərginliyi artıran bir faktor kimi görür.