Bakı. Trend:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Baş nazirin müavini - respublikanın milli iqtisadiyyat naziri Nurlan Baybazarovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Trend xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
N.Baybazarovun istefasının səbəbləri və onun yerinə kimin təyin ediləcəyi barədə mətbuat xidməti ətraflı məlumat verməyib.
Qeyd edək ki, Nurlan Baybazarov bu vəzifəyə 2024-cü ilin fevral ayında təyin olunmuşdu. O, bundan əvvəl Qazaxıstan İnkişaf Bankında, respublikanın Maliyyə Nazirliyində rəhbər vəzifələrdə çalışıb və "Bayterek" milli idarəedici holdinqinin İdarə Heyətinin sədri olub.