Bakı. Trend:
İtaliyada nağd vəsaitlərin istifadəsi Avrozonadakı ortalama göstəricidən daha yüksəkdir.
Trend xəbər verir ki, Avropa Mərkəzi Bankının təqdim etdiyi məlumatda, italyanların getdikcə kredit və debet kartları ilə, eləcə də bank köçürmələri ilə ödəniş etməyə üstünlük verdiyi qeyd olunur.
Bununla yanaşı, nağd pul istifadəsi azalsa da, bankın sorğusunda iştirak edən istehlakçıların 62 faizi hələ də ödəniş vasitəsi olaraq nağd pulun mövcudluğunu vacib hesab edir. Eyni zamanda, respondentlərin 55 faizi mağazalarda kartla ödəniş etməyi üstün tutduqlarını bildirir.
İtaliyada mağazalar, restoranlar və supermarketlərdə bank kartı və ya mobil proqramla ödənişin ümumi nisbəti 38 faiz təşkil edir. Elektron ticarət və vergilər kimi digər xidmətlər üçün rəqəmsal ödəniş nisbəti isə 24 faizdir.