Bakı.Trend:
Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları saxlanılma yerlərinə baş çəkirsə, orda gördükləri barədə hesabat hazırlayır.
Trend xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Bakıda keçirilən Cenevrə konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib.
O bildirib ki, bu hesabatlar gizlidir və belə hesabatlar poçtla göndərilmir.
“Məlumatlar əlbəəl verirlir. Belə hesabatlar ancaq səlahiyyətli qurumla bölüşülür. Saxlanılma yerlərinə baş çəkmələrdə ancaq xarici vətəndaşlar iştirak edir. Heç bir yerli vətəndaş öz ölkəsində saxlanılan şəxslərə baş çəkmədə iştirak etmir”,-deyə o qeyd edib.