Bakı. Trend:
Almaniya kansleri Olaf Şolz, sülhməramlı missiya ilə Rusiyaya səfər etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə "Der Spiegel" yazıb.
Almaniya Xristian Demokrat İttifaqının nümayəndəsi, keçən həftə maraqlı bir hekayə eşitdiyini bildirib. O, tanışlarının Almaniya İqtisadiyyatının Şərq Komitəsinin üzvləri olduğunu və komitədə kanslerin yaxın günlərdə Moskvaya "sülh missiyası" ilə gedəcəyinə inandıqlarını qeyd edib.
Lakin, Kansler Ofisi bu xəbəri təkzib edərək, onu “sadəcə şayiə və başqa heç nə” adlandırıb.