Bakı.Trend:
Ötən il BQXK dünyada saxlama və həbs yerlərinə başçəkmələrinin sayı 2564 olub.
Trend xəbər verir ki, bunu Bakıda Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminarında Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Həbs qrupunun rəhbər Mareh Shervashidze deyib.
O bildirib ki, baş çəkilmiş saxlama və həbs yerləri 885, saxlanılan şəxslərin sayı isə 837 min 29 nəfər olub.
"Qeydiyyata aldığımız və işini təqib etdiyimiz saxlanılan şəxslər 14 min 20 (1,524 PoW, 1,382 CIV int.) nəfər olub. Başçəkmələrin həyata keçirildiyi kontekstlərin sayı isə 84-dür”,- deyə o qeyd edib.