Bakı. Trend:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivi və gənc istedadların iştirakı ilə konsert keçirilib.
Trend xəbər verir ki, musiqili gecədə F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor Qrupunun (xormeyster Azərbaycan Respublikasının Əməkdar artisti Naala Baratelia), konsertmeysterlər Aynur Abdullayeva, Əli Talıbov, Sehranə Eyyubova, Nazxanım Dadaşova, Tünzalə Hüseynova, Aynur Bəhmənlinin müşayiəti ilə solistlər - Asim Rzazadə (klarnet), Cəlil Bəşirli, Nurlana Abdullayeva, Gülsüm Xəlilova, Abid Çələbiyev (kamança), İnci Bədirli (piano), Qəmər Kərimli (violin), Xədicə Qasımova (violin), Zəhra Qurbanova (cello), Maqsud Əsgərov (f-no), Rəhilə Nəzərova (fleyta), Süleyman Süleymanov, Orxan Əlizadə, Şahnaz Əliyeva və Camalə Abdinzadə (piano) öz rəngarəng ifaları ilə çıxış edib.
Həmçinin, konsertdə qiraətçi Hüseynağa Aslanov (pianoda C.Abdinzadə) musiqi və şeirin vəhdətini dinləyicilərə təqdim edib.
Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri, Azərbaycan xalq mahnıları səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az