Bakı. Trend:
Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan “KİA” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Nail Həşimov Baş Dövlət Yol Polisi İdarəsinin VIII taqımının əməkdaşları tərəfindən stasionar posta saxlanılıb.
Trend bu barədə Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Bildirilir ki, sənədlərin yoxlanılması zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
Bununla yanaşı, üzərində narkotik vasitə aşkar olunduğu üçün N.Həşimov barəsində qanunamüvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.