Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 715 ədəd noutbuk istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, əvvəlki illə müqayisədə 3 dəfə çoxdur.
Eyni zamanda, cari ilin ilk 11 ayında ölkədə 2 139 stolüstü kompüter istehsal olunub.
Bu isə ötən ilin eyni dövrünə nisbətən 1 633 ədəd (43,3%) az deməkdir.