Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden yanvarın 9-12-də Romaya səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat yayıb.
“Bayden Roma Papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Meloni ilə ayrı-ayrılıqda görüşlər keçirmək üçün 9-12 yanvar tarixlərində İtaliyanın paytaxtı Romaya səfər edəcək”, - deyə Karin Jan-Pyer bildirib.