...

Azərbaycanın meyvə-tərəvəz ixracından əldə etdiyi gəlirin məbləği məlum olub

İqtisadiyyat Materials 19 Dekabr 2024 14:47 (UTC +04:00)
Azərbaycanın meyvə-tərəvəz ixracından əldə etdiyi gəlirin məbləği məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 628 milyon dollar dəyərində 610 min 27 ton meyvə-tərəvəz ixrac edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13 milyon 188 min ABŞ dolları (2,1%), həcm baxımından isə 31 713 ton (4,9%) azdır.

11 ayda meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,58%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 20,32%-ni təşkil edib.

Eyni zamanda cari ilin yanvar-noyabr aylarında Azərbaycan 246 milyon 470 min ABŞ dolları dəyərində 325 850 ton meyvə-tərəvəz idxal edib ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə dəyər baxımından 45 milyon 639 min ABŞ dolları (22,7%), həcm baxımından isə 13 190 ton (4,2%) çoxdur.

11 ayda meyvə-tərəvəz idxalı Azərbaycanın ümumi idxalının 1,27%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti