...

2025-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir - Deputat

Siyasət Materials 19 Dekabr 2024 14:04 (UTC +04:00)
2025-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir - Deputat
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir. Dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat olmaqla növbəti ilin dövlət büdcəsi ölkəmizin qarşısında dayanan bütün vəzifələrin uğurla icra edilməsinə imkan verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, dövlət büdcəsi 3 oxunuşda Milli Məclisdə geniş müzakirə olundu və qəbul edildi.

“Dövlət büdcəsi ölkəmizin əsas hədəflərini və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas prioritet vəzifələr nəzərə alınmaqla hazırlanıb. Dövlət büdcəsinin prioritet istiqamətləri sırasında ölkənin hərbi-müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi dayanır. Belə ki, müdafiə və milli təhlükəsizliklə bağlı xərclərə 20,3 faiz həcmində və ya 8 milyard 396,0 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da əvvəlki illərdən çoxdur. Azərbaycan bu istiqamətdə xərcləri artırmağa və müdafiə qabiliyyətini gücləndirməyə məcburdur.

Bu gün bəzi ölkələr, xüsusilə Fransa Ermənistanı durmadan silahlandırır ki, bu da region üçün yeni təhlükə yaradır. Belə olan halda Azərbaycan doğru olaraq müdafiə və milli təhlükəsizliklə bağlı xərcləri artırır və ölkəmizin müdafiə qabiliyyəti gücləndirilir. Onlar düşünürlər ki, Erməistanı silahlandırmaqla nəyəsə nail ola biləcəklər. İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələri göstərdi ki, Ermənistanı nə qədər silahlandırsalar da Azərbaycanın gücü qarşısında tab gətirmək iqtidarında deyil”, - deyə A.Həsənova vurğulayıb.

O qeyd edib ki, dövlət büdcəsinin digər prioritetləri sırasında Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketinin həyata keçirilməsi və digər istiqamətlər daxildir.

“44 günlük Vətən müharibəsində tarixi zəfərdən sonra azad edilmiş ərazilərdə dərhal yenidənqurma və bərpa işlərinə başlanıldı. Bu müddət ərzində həmin ərazilərdə böyük infrastruktur layihələri icra olunub, xeyli sayda soydaşımız öz doğma yurdlarına geri dönüblər. Növbəti ildə də bu proses davam edəcək və daha çox insanımız öz yurdlarına qovuşacaqlar.

Eyni zamanda 2025-ci il dövlət büdcəsi öz sosial yönümlülüyünü qoruyub saxlayıb. Belə ki, büdcənin 40 faizdən artıq hissəsi sosialyönlü xərclərə yönəldiləcək və 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşımızı əhatə edəcək. Bütün bu tədbirlər vətəndaşlarımızın rifah halının yüksəldilməsinə imkan verəcək. Digər istiqamətlərə o cümlədən şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısının davam etdirilməsi, təhsilin, səhiyyənin inkişafı, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin olunması istiqamətində kifayət qədər tədbirlər nəzərdə tutulur. Bütün bunlar növbəti ildə ölkəmizə qarşıda dayanan vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti