...

İngiltərədə spirtli içkilərlə bağlı ölümlər rekord səviyyəyə çatıb

Dünya xəbərləri Materials 19 Dekabr 2024 19:37 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərədə son dörd ildə yalnız spirtli içkilərin səbəb olduğu ölümlərin sayında ciddi artım müşahidə edilib.

Trend xəbər verir ki, 2023-cü ildə İngiltərədə spirtli içkilərlə bağlı 8 min 200-dən çox insan həyatını itirib.

Bu, 2019-cu illə müqayisədə 42 faiz artım deməkdir. Ən yüksək ölüm göstəriciləri şimal-şərq bölgəsində qeydə alınıb.

“Alcohol Health Alliance UK” təşkilatı spirtli içki istehlakını azaltmaq üçün Şotlandiyada olduğu kimi hər vahidə görə minimum qiymət tətbiqini təklif edib. Hökumət bu göstəriciləri qəbuledilməz adlandırıb və İngiltərədəki Milli Səhiyyə Xidmətinin (NHS) 10 illik planında ictimai sağlamlıq prioritetlərinin irəli çəkiləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti