Bakı. Trend:
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.
"Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə
yerindədir. Tüstülənmə nəticəsində 20 nəfərə yaxın şagird özünü pis
hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti
diqqət mərkəzində saxlanılır.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri
araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün
zəruri tədbirlər görülür", deyə məlumatda qeyd edilib.