...

“Kapital Bank” Şuşa şəhərində filialın açılış vaxtını açıqlayıb

Maliyyə Materials 19 Dekabr 2024 10:59 (UTC +04:00)
“Kapital Bank” Şuşa şəhərində filialın açılış vaxtını açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Kapital Bank”ın Şuşa şəhərindəki filialının gələn ilin birinci rübündə açılması planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov bankın cari ilin yekunlarına və növbəti ilin planlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"“Kapital Bank” artıq işğaldan azad olunmuş ərazilərdə üç filial açıb. Ümid edirəm ki, gələn ilin əvvəlində Şuşa şəhərində filialın açılışını elan edəcəyik. Təmir işləri demək olar ki, tamamlanıb, yalnız son detalları yekunlaşdırmaq qalıb", – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti