Bakı. Trend:
Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 60-90-cı km-lik hissəsində gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər görülüb.
Trend xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yolun hərəkət hissəsi qardan təmizlənib, duz-qum qarışığı səpilib.