...

Nazir altı il ərzində imzalanan əmək müqavilələrinin sayını açıqladı

Cəmiyyət Materials 19 Dekabr 2024 11:03 (UTC +04:00)
Nazir altı il ərzində imzalanan əmək müqavilələrinin sayını açıqladı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Son altı ildə 609 min əmək müqaviləsi imzalanıb.

Trend xəbər verir ki, bunu "Azərbaycan Karyera İnkişaf Forumu 2024"də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bunun əsas hissəsi özəl şirkətlərin payına düşür: “Biz altı ildə 1,8 mln vətəndaşa xidmət göstərmişik. Hazırda Qarabağda və Şərqi Zəngəzurda işlər aparılır”.

Nazir onu da qeyd edib ki, hazırda nazirliyin göstərdiyi xidmətlərin 90% elektronlaşıb.

“Bu gün 600 milyon dəfədən çox elektron xidmətlərdən istifadə edilib. Bu böyük göstəricidir. Biz tam elektronlaşmış əmək müqaviləsinə keçməliyik. Hazırda bir milyondan artıq şəxs elektron müqaviləyə keçid edib”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti