...

Uşaqları narahat edən bəlğəmli öskürəklə mübarizə (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2024 10:50 (UTC +04:00)
Uşaqları narahat edən bəlğəmli öskürəklə mübarizə (FOTO)

Bakı. Trend:

Havaların soyuması ilə ənənəvi olaraq müxtəlif xəstəliklərin yaranma mövsümü də başlayır. Bu dəfə soyuqlar düşəndən isə kəskin bronx soyuqlaması, iltihabı, səbəbsiz və heç cür sağalmaq bilməyən öskürək virusu yayılır. Bu, özünü böyüklərlə yanaşı, uşaqlarda da göstərir.

Öskürək tənəffüs yollarının xəstəlikləri zamanı önəmli və ən sıx rast gəlinən simptomlarından biridir. Bütün uşaqlar vaxtaşırı öskürürlər. Bu valideynləri çox narahat edən problemlərdən biridir. Bir qayda olaraq bu soyuqdəymənin nəticəsi ola bildiyi halda, bəzən də düzgün nəfəs almamağın nəticəsi də ola bilər. Valideynlər ilk öncə öskürəyin səbəbini araşdırmalı və bundan sonra onu yumşaltmağa və müalicəyə başlamalıdırlar.

Uşaqlarda öskürək başlanğıcından, növündən və müddətindən asılı olaraq müxtəlif formalarda ola bilər.

Öskürəyin iki növü var:

• bəlğəmsiz, selik ifrazı olmayan quru, qıcıqlandırıcı öskürək

• selik ifrazı olan bəlğəmli öskürək.

Öskürəyin hər iki növü virus və bakteriyaların səbəb olduğu, tənəffüs yolları infeksiyalarının ümumi simptomlarıdır.

Öskürəyin müddəti:

Quru, qıcıqlandırıcı öskürək 3-4 gün davam edir, bəlğəmli öskürək: 2-3 həftə və 8 həftəyə qədər davam edir.

Çox zaman öskürək zərərli xarici mühitin təsirindən orqanizmin qoruyucu reaksiyasıdır. Virusların-bakteriyaların hücumuna cavab olaraq və ya allergen reaksiya kimi, tənəffüs yollarının selikli qabıqlarında seliyin miqdarı artır, bundan da qurtulmaq üçün orqanizm öskürək reaksiyasını verir.

Öskürək zamanı böyüklərdə tənəffüs əzələləri işləyir. Məhz əzələlərin müəyyən qrupunun reflektorlu ixtisarı və bəlğəm öskürməyə gətirib çıxarır. Körpələrdə və 3-5 yaşlı uşaqlarda tənəffüs əzələləri çox zəif inkişaf etdiyi üçün bəlğəmi öskürüb tüpürmək böyüklərə nisbətən balacalara çox çətin olur. Beləliklə bir müddət yığılmış selik öskürüb tüpürə bilmədikcə virusa çevrilərək ağırlaşır, bronxitə və ya sətəlcəmə çevrilmə təhlükəsi yaradır. Uşaq uzun müddət burnu ilə nəfəs ala bilmədiyi üçün ağzı ilə nəfəs alır ki, bu da ağciyərlərdə bəlğəmin qurumasına və öskürəyin boğucu olmasına səbəb olur. Bu prosesi uşaqlarda yüngülləşdirmək üçün bəlğəmi yumşaltmaq lazımdır.

Medikamentoz vasitələrin köməyi ilə öskürəyi yüngülləşdirmək və tənəffüs yollarından seliyi təmizləməyə nail olmaq olar. Dərmanların köməyi ilə öskürəyi və bəlğəmi durulaşdırırlar ki, körpə öskürüb bu bəlğəmdən azad ola bilsin.

Fibron pediatrik siropu bəlğəmgətirici və öskürək əleyhinə siropdur. Fibron pediatrik siropunun tərkibindəki ambrоksоl-hidrохlоrid bəlğəmgətirici təsir göstərərəк, bəlğəmi durulаşdırmаsı və yаpışqаnlığını аzаltmаsı hеsаbınа öskürəк zаmаnı tənəffüs yоllаrındа yığılmış bəlğəmin хаric оlmаsını аsаnlаşdırır. Brоnх sеkrеsiyаsını аrtırаrаq оnun qatılığını аzаldır. Mukоlitiк təsir nəticəsində sеliyin yаpışqаnlığı pоzulur, bəlğəm əhəmiyyətli dərəcədə yumşаlır və оnun хаric оlmаsı аsаnlаşır. Fibron pediatrik sirop antioksidant təsirlidir. (ağciyər toxuması, tənəffüs yolu selikli qişa hüceyrələrinə lokal olaraq qoruyucu təsir göstərir)

İstifadə qаydаsı və dоzаsı:

2 yаşa qədər - gündə 2 dəfə 2,5 ml
2-5 yаş - gündə 3 dəfə 2,5 ml
5-12 yаş - gündə 2-3 dəfə 5 ml.

Xəbər lenti

Xəbər lenti