Bakı. Trend:
ABŞ Senatı ölkənin 2025-ci maliyyə ili üçün (oktyabrın 1-də başlayıb) razılaşdırılmış müdafiə büdcəsi layihəsini 895 milyard dollar məbləğində təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə qanunverici orqanın yuxarı palatasının saytında bildirilib.
Məlumata əsasən, Nümayəndələr Palatası bu büdcə qanun layihəsini dekabrın 11-də təsdiqləyib. Sənəd indi imzalanmaq üçün prezident Co Baydenə göndərilib.