...

Türkiyə və Livan Suriyaya yardım etmək üçün birlikdə çalışacaqlar - Ərdoğan

Gündəm Materials 18 Dekabr 2024 22:23 (UTC +04:00)
Türkiyə və Livan Suriyaya yardım etmək üçün birlikdə çalışacaqlar - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ankara və Beyrut Suriyaya dəstək üçün birlikdə çalışacaqlar.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın baş naziri Nəcib Mikati ilə birgə mətbuat konfransında deyib.

"Suriyanın iki mühüm qonşusu olaraq Livanla birlikdə hərəkət etmək barədə razılığa gəldik. (...) Biz Suriyanın ayağa qalxmasına kömək etmək niyyətindəyik", - deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, “Suriyanın sabitliyi bütün regionun sabitliyi deməkdir”.

Qeyd edək ki, dekabrın 8-də Suriyadakı silahlı müxalifət Dəməşqi tutduqlarını və keçid hakimiyyətlərini formalaşdırdıqlarını açıqladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti