Bakı. Trend:
Ötən həftə ABŞ-da yanacaq ehtiyatlarında dəyişikliklərlə bağlı məlumatların dərcindən sonra dekabrın 18-də neft qiymətləri artımını sürətləndirib.
Trend-in məlumatına görə, saat 19:57-də Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 0,81 dollar (1,11%) artaraq bir barrel üçün 74 dollar olub. Bu vaxta qədər "WTI" markalı neftin yanvar fyuçersləri "NYMEX" birjasında 1,06 dollar (1,51%) bahalaşaraq 71,14 dollar/barelə çatıb.
ABŞ Energetika Nazirliyi bildirib ki, ABŞ-d. kommersiya neft ehtiyatları keçən həftə 934 min barrel azalıb.
.