Bakı. Trend:
Ölkənin mərkəzi bankının funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi (FES) iclasın yekunu üzrə baza dərəcəsini 25 bənd azaldaraq, 4,25-4,5 faizə qədər endirib.
Trend-in məlumatına görə, bu barədə Federal Ehtiyat Sisteminin saytında bildirilib.
"Məqsədlərinə dəstək olaraq, FOMC (Federal Açıq Bazar Komitəsi) federal fondlar dərəcəsi üçün hədəf aralığını 25 baza bənd azaıdaraq, 4,25-4,5 faizə qədər endirmək qərarına gəldi", - deyə bildirilib. Qeyd olunub ki, FOMC hədəf dərəcə diapazonuna əlavə düzəlişlərin əhatə dairəsi və vaxtını nəzərdən keçirərkən daxil olan məlumatları, dəyişən perspektivləri və risk balansını qiymətləndirəcək.
Komitə üzvlərinin proqnozlarına görə, 2025-ci ildə faiz dərəcəsi 3,75-4,0 faiz intervalına endiriləcək. 2025-ci il üçün orta əsas dərəcə üzrə proqnoz 3,4 faizdən 3,9 faizə yüksəldilib.