...

"Fiorentina" De Xea ilə yeni müqavilə imzaladı

İdman Materials 31 May 2025 05:12 (UTC +04:00)
"Fiorentina" De Xea ilə yeni müqavilə imzaladı

Bakı. Trend:

"Fiorentina" futbol klubu ispan qapıçısı David De Xeanın müqaviləsini uzadıb.

Trend-in məlumatına görə, klubun rəsmi saytında yayılan xəbərə əsasən, 34 yaşlı qolkiperlə yeni razılaşma 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

Xatırladaq ki, De Xea ötən mövsüm Florensiya təmsilçisinə qoşulub. O, komandanın heyətində 42 matçda iştirak edib, bu oyunlarda 50 qol buraxıb və cəmi 11 dəfə qapısını toxunulmaz saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti