...

Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı açıqlanıb

İqtisadiyyat Materials 31 May 2025 11:30 (UTC +04:00)
Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 523 borcalana 3,520 milyard manat kredit verilib.

Bu barədə Trend İKZF-yə istinadən xəbər verir.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 549,443 milyon manata bərabər olub.

7 159 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti