...

Bu gün PSJ və "İnter" UEFA Çempionlar Liqasının finalında üz-üzə gələcəklər

İdman Materials 31 May 2025 08:57 (UTC +04:00)
Bu gün PSJ və "İnter" UEFA Çempionlar Liqasının finalında üz-üzə gələcəklər

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün final qarşılaşması bu gün baş tutacaq.

Trend-in məlumatına görə, həlledici oyunda Fransanın PSJ və İtaliyanın “İnter” komandaları üz-üzə gələcək.

Final görüşü Almaniyanın Münxen şəhərində yerləşən “Alyans Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı macar əsilli rumıniyalı FIFA hakimi İştvan Kovaç idarə edəcək.

Matç öncəsi PSJ heyətində heç bir itki yoxdur. “İnter” isə iki əsas futbolçusunu – argentinalılar Xoakin Korrea və Valentin Karbonini zədə səbəbilə finalda itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti