Bakı. Trend:
Oman İranın nüvə problemini həll etmək üçün BAEA və ABŞ nəzarəti altında uranın zənginləşdirilməsi üzrə regional konsorsium yaratmağı təklif edib.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən xəbər verib.
Bildirilib ki, Vaşinqtonun dəstəklədiyi ideyanı İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü Tehranda keçirilən görüşdə omanlı həmkarı tərəfindən irəli sürülüb.
"Uran zənginləşdirmə konsorsiumunun obyektlərinin harada yerləşəcəyi böyük sual olaraq qalır", - deyə bildirilib.
Qeyd edilib ki, ABŞ onların İrandan kənarda yerləşməsini istəyir.
Bildirilib ki, Oman, həmçinin ABŞ-nin İranın uranı zənginləşdirmək hüququnu tanımasını və eyni zamanda Tehranın zənginləşdirmə işlərini dayandırmasını təklif edib.