...

Tramp Almaniya kansleri ilə Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcək

Dünya xəbərləri Materials 31 May 2025 19:22 (UTC +04:00)
Tramp Almaniya kansleri ilə Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcək

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merz gələn həftə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək.

Trend xəbər verir ki, bu barədə hökümət sözçüsü Stefan Korniliusun yaydığı bəyanatda qeyd olunub.

"Danışıqlarda Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdəki vəziyyət və ticarət siyasəti kimi mövzular müzakirə olunacaq", - deyə bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti