...

"Simpsonlar"ın bəstəkarı vəfat edib

Dünya xəbərləri Materials 31 May 2025 15:51 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Simpsonlar” cizgi serialı və “Alf” serialı üçün bəstələdiyi saundtreklərlə məşhurlaşan Amerikalı bəstəkar Alf Klauzen 85 yaşında dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Klauzen Los-Ancelesdə qaldığı evdə vəfat edib. Onun qızı Kaarinin dediyinə görə, atasına hələ təxminən səkkiz il əvvəl “proqressiv supranüvə iflici” diaqnozu qoyulub.

Qeyd edək ki, Bəstəkar 1990-2017-ci illər ərzində “Simpsonlar” cizgi serialının yaradıcıları ilə əməkdaşlıq edib. 1997 və 1998-ci ildə serial üçün yazdığı bəstələrə görə “Emmi” mükafatına layiq görülüb.

O həmçinin “Disneylend” (1954-1997), “Ay işığı detektiv agentliyi”( 1985-1989), “İndi və ya heç vaxt”(1999-2000) seriallarına yazdığı soundtreklərlə tanınıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti