...

ABŞ idxal olunan polad üçün gömrük rüsumlarını 50%-ə çatdıracaq - Tramp

Dünya xəbərləri Materials 31 May 2025 02:23 (UTC +04:00)
ABŞ idxal olunan polad üçün gömrük rüsumlarını 50%-ə çatdıracaq - Tramp

Bakı. Trend:

ABŞ administrasiyası polad idxalına gömrük rüsumlarını 25%-dən 50%-ə qədər artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

""Biz rüsumları 25 faiz artırmağa hazırlaşırıq. Amerika Birləşmiş Ştatlarına polad idxalına tarifləri 25%-dən 50%-ə qaldıracağıq" deyə o bildirib. “Bu, ABŞ-ın polad sənayesini daha da qoruyacaq", - deyə D.Tramp əlavə edib.

Çərşənbə günü ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi Amerika liderinin prezident səlahiyyətlərindən sui-istifadə etdiyini əsas gətirərək, idxala rüsum tətbiq etmək qərarının icrasına mane olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti