Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 240 min dekalitr viski və brendi istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, viski və brendinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% və ya 62,6 min dekalitr artıb.
Belə ki, 2024-cü ilin ilk dörd ayında Azərbaycanda 177,4 min dekalitr viski və brendi istehsal edilmişdi.
Bu ilin mayın 1-nə olan məlumata görə, viski və brendi istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 311,2 min dekalitr təşkil edib.
Qeyd edək ki, 1 dekalitr 10 litrə bərabərdir. Bu ölçü vahidi əsasən mayelərin həcmini ifadə etmək üçün istifadə olunur.