...

Apreldə informasiya və rabitə sektoruna verilən biznes kreditlərinin həcmi məlum olub

İqtisadiyyat Materials 31 May 2025 13:00 (UTC +04:00)
Apreldə informasiya və rabitə sektoruna verilən biznes kreditlərinin həcmi məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprel ayının sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən informasiya və rabitə sektoruna verilmiş biznes kreditlərinin həcmi 661,2 milyon manata çatıb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 4,7 milyon manat və ya 0,72% çoxdur.

Belə ki, mart ayının sonunda Azərbaycandakı banklar tərəfindən informasiya və rabitə sektoruna verilmiş biznes kreditlərinin həcmi 656,5 milyon manat idi.

Qeyd edək ki, bu ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,952 milyard manat olub. Bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 17,7 milyon manat və ya 0,12% çoxdur.

Belə ki, cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat olmuşdu.

Biznes kredit portfelinin 984,7 milyon manatını dövlət fondları hesabına formalaşan kreditlər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti