...

Fransa solçuları hökumətə qarşı daha bir etimadsızlıq səsverməsi təklif edir

Dünya xəbərləri Materials 31 May 2025 02:57 (UTC +04:00)

Bakı. Trend:

Fransa Milli Assambleyasında (parlamentin aşağı palatası) bir qrup solçu deputat Fransua Bayru hökumətinə etimad səsverməsinin keçirilməsi üçün sorğu göndərib.

Trend-in məlumatına görə, bu barədə müvafiq bəyanatı səsvermənin təşəbbüskarlarından biri olan “Tabe olmayan Fransa” partiyası dərc edib.

Məlumata əsasən, sorğu fermerlər üçün tənzimləmələri asanlaşdıran qanun layihəsi müzakirələrdə rədd edildikdən sonra göndərilib.

"“Tabe olmayan Fransa” və “Yeni Xalq Cəbhəsi” fraksiyaları "Ekoloqlar" deputatları ilə birlikdə etimadsızlıq təklifi irəli sürürlər”, - deyə bəyanatda deyilir. Sorğuya iyunun 4-ü saat 14:00-da baxılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti