Bakı. Trend:
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə proqramı ilə əlaqədar reallıqları əks etdirməsini istəyir.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə telefon söhbətində deyib.
Onun sözlərinə görə, AEBA-nın reallıqları əks etdirməsi bəzi tərəflərin bu beynəlxalq qurumdan İran əleyhinə öz siyasi məqsədlərini irəlilətmək üçün sui-istifadə etməsinə imkan qalmayacaq.
Araqçi əlavə edib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə davamlı şəkildə əməkdaşlıq edərək agentliyin nəzarətində və qoruma (safeguard) razılaşması çərçivəsində nüvə maddələri və öz fəaliyyətində yayınmanın olmaması ilə nüvə fəaliyyətlərini həyata keçirir.
İranlı nazir bildirib ki, İran AEBA baş direktoru Rafael Qrossidən agentliyin direktorlar şurasının gələn həftə növbəti iclasında İranla AEBA-nın əməkdaşlığının bəyan olunmasını istəyir. Çünki istənilən siyasi addım mənfi nəticələrə gətirib çıxara bilər. İran Avropa tərəflərinin istənilən qeyri-münasib hərəkətinə uyğun şəkildə cavab verəcək. Bunun mənfi nəticəsində agentlikdən İran əleyhinə siyasi planlarını irəlilətmək üçün istifadə edən tərəflər məsuliyyət daşıyırlar.
Telefon söhbətində İranın ABŞ ilə dolayı müzakirələri, İran əleyhinə sanksiyaların ləğv edilməsi, həmçinin AEBA-nın İranla əlaqədar yayılan son hesabatın haqda danışıq aparılıb.
Qeyd edək ki, AEBA son hesabatında bildirib ki, 17 may 2024 tarixinədək İranın 60% dərəcəsində zənginləşdirdiyi uranın həcmi 408,6 kiloqram təşkil edib. 60% dərəcəsində zənginləşdirilən uran fevral ayında verilən hesabatla müqayisədə 133,8 kiloqram artıb. Hesabatda bu səviyyədə zənginləşdirmənin 90% zənginləşdirmə səviyyəsinə (silah səviyyəsi hesab olunur) qısa texniki addım olduğu hesab olunub. Agentlik İranı tam və effektiv əməkdaşlığa çağırıb.