Bakı. Trend:
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
Trend-in məlumatına görə, bu gün turnirin yarımfinal qarşılaşmaları keçirilib.
Günün ilk oyunu Azərbaycan və Monteneqro komandaları arasında baş tutub. Milli Gimnastika Arenasında keçirilən görüşdə millimiz 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Daha sonra Macarıstan və Serbiya komandaları üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qalib penaltilər seriyasında müəyyənləşib və Macarıstan 3:1 hesabı ilə üstün gələrək finala adlayıb.