Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask administrasiyasını həmişəlik tərk etməyəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti özəl sektora qayıdan ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) kuratoru İlon Mask ilə birlikdə keçirilən mətbuat konfransında deyib..
"DOGE işçilərinin çoxu qalır. İlon da <...> çox uzağa getmir. O, gəlib gedəcək", - deyə o bildirib.
D.Tramp, həmçinin İ.Maskın hələ də onun administrasiyası üçün faydalı olacağına inanır. Prezident gördüyü işlərə görə ona təşəkkür edib.