Bakı. Trend:
Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilir ki, Azərbaycanda iki gün dalbadal baş verən mina partlayışları dinc sakinlərə dəyib.
"Yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və əhalinin öz evlərinə qayıtmasına mane olur", - məlumatda qeyd olunub.