...

Azərbaycan minifutbol millisi dünya çempionatının qalibi olub

İdman Materials 1 İyun 2025 21:12 (UTC +04:00)
Azərbaycan minifutbol millisi dünya çempionatının qalibi olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi bəlli olub.

Trend xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (2) vurublar.

Bununla da Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub.

Qeyd edək ki, turnirdə üçüncü yeri Monteneqroya 3:0 hesabı ilə qalib gələn Serbiya millisi tutub.

Xəbər lenti

Xəbər lenti