...

30-cu Yubiley “Baku Energy Week"in ikinci günü fəaliyyətə başlayıb (FOTO)

İqtisadiyyat Materials 3 İyun 2025 10:08 (UTC +04:00)
30-cu Yubiley “Baku Energy Week"in ikinci günü fəaliyyətə başlayıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən sayca 30-cu “Baku Energy Week”in ikinci günü öz işinə başlayıb.

Trend xəbər verir ki, ilk gündə olduğu kimi bu gün də sərgiyə maraq kifayət qədər böyükdür.

Sərgi təkcə müxtəlif brendlərin məhsulları ilə tanışlıq deyil, eyni zamanda qarşılıqlı əməkdaşlıq baxımından da xüsusi önəm daşıyır. Belə ki, səhər saatlarından etibarən iştirakçılar fərqli stendlərə baş vuraraq yerindəcə enerji sektoru üzrə yerli və xarici şirkətlərin təqdim etdiyi müxtəlif məhsullarla tanış olmaq və ortaq fəaliyyət göstərmək fürsəti əldə edirlər.

Sərgi çərçivəsində keçiriləcək panel müzakirələrin mövzusu onun nə dərəcədə səmərəli olduğunun bariz nümunəsidir.

"Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı", "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması", "Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikası təmin edilməsində perspektivlər və çağırışlar", "Enerji sektorunda süni intellektin rolu", eləcə də "Karbon emissiyasının azaldılması istiqamətində alternativ enerji kimi nüvə enerjisinin rolu" gündəlikdə olan panel müzakirələrin mövzulardır.

Bundan başqa, bu gün sərgi çərçivəsində ikitərəfli biznes görüşləri (B2B),l və “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin CIM/SMGS elektron yük qaiməsi üzrə pilot layihəsinin İşci Qrupunun Qapalı İşci Sessiyası da keçiriləcək.

Qeyd edək ki, iyunun 4-dək davam edəcək “Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”.

Bu il “Baku Energy Week” 39 ölkədən 267 şirkəti qəbul edir. Ölkələr arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir.

Sərgi iştirakçılarının təxminən 70%-ni xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti