Mingəçevir. Trend:
Mingəçevirdə avtomobil yolu keçmək istəyən iki nəfəri vurub.
Trend-in yerli müxbiri xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrin birində baş verib.
Belə ki, KIA markalı avtomobilin sürücüsü yolu keçmək isdəyən piyadaları vurub.
Nəticədə 17 yaşlı Ədalət Nəzirli və Murad Məmmədli xəsarət alıb. Xəsarət alan şəxslər Mingəçevir şəhər mərkəzi xəsdəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.