Bakı. Trend:
“FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı 2024-cü ili 3 milyon 156 min manat xalis mənfəət ilə başa vurub.
FINCA Azerbaijan” 2024-cü il ərzində müştərilərlə yaxından
işləyərək, onlara bizneslərini mövcud mikro və makro iqtisadi
şəraitə uyğunlaşdırmağa kömək etmişdir. Aztəminatlı insanlara və
kiçik təsərrüfat sahiblərinə öz gələcəklərinə sərmayə qoymağa kömək
etmək üçün dürüst və səmərəli maliyyə xidmətləri təklif edən qlobal
şəbəkənin bir üzvü kimi “FINCA Azerbaijan” təşkilatı hesabat dövrü
ərzində artan bazar ehtiyaclarını qarşılamaq üçün öz kredit
təkliflərinin müxtəlifliyini saxlayıb.
“FINCA Azerbaijan” haqqında
Əsası 1999-cu ildə qoyulmuş “FINCA Azerbaijan” məsuliyyətli
maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes
fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət
göstərən kiçik sahibkarlara ölkə üzrə 26 filial vasitəsilə xidmət
göstərir. “FINCA Azerbaijan”, “FINCA Impact Finance” təşkilatına
aid olan, 15 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 3.4
milyon müştəriyə çatan qlobal şəbəkənin tərkibinə daxildir. “FINCA
Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün finca.az
saytına və ya rəsmi sosial media hesablarına müraciət edə
bilərsiniz.
Ətraflı məlumat üçün: https://finca.az/financials/