...

Azərbaycan İtaliyaya təbii qaz satışından gəlirlərini 62%-ə yaxın artırıb

İqtisadiyyat Materials 2 İyun 2025 17:33 (UTC +04:00)
Azərbaycan İtaliyaya təbii qaz satışından gəlirlərini 62%-ə yaxın artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 2,289 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 1,197 milyard ABŞ dolları olub.

İtaliyaya qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 652 milyon kubmetr və ya 39,8%, dəyər ifadəsi ilə 456,6 milyon ABŞ dolları, yaxud da 61,7% artıb.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya 1,637 milyard kubmetr həcmində, 740,4 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 5,9 milyard kubmetr, dəyəri isə 2,2 milyard ABŞ dolları təkil edib. Bununla yanaşı, ilin ilk ayında Azərbaycana idxal edilən təbii qazın həcmi 145,6 milyon kubmetr, dəyəri isə 22,4 milyon ABŞ dolları olub.

Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac edilib, Rusiya və Türkmənistandan isə idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti