...

Lerikdə ailəvi istirahət mərkəzində qanunsuz tikinti işlərinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 3 İyun 2025 09:49 (UTC +04:00)
Lerikdə ailəvi istirahət mərkəzində qanunsuz tikinti işlərinin qarşısı alınıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Lerikdə qanunsuz tikinti işlərinin qarşısı alınıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Lerik Rayon İcra Hakimiyyəti tərəfindən Lənkəran-Lerik avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yol kənarında fəaliyyət göstərən “Su səsi” adlı ailəvi istirahət mərkəzində vətəndaş Hüseynov Tural Səyyar oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Qeyd edilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti