...

"Masdar"ın Azərbaycandakı layihələr portfeli 2027-ci ilə qədər 1,2 QVt-ı ötəcək - Şirkət nümayəndəliyin rəhbəri

İqtisadiyyat Materials 2 İyun 2025 17:29 (UTC +04:00)
"Masdar"ın Azərbaycandakı layihələr portfeli 2027-ci ilə qədər 1,2 QVt-ı ötəcək - Şirkət nümayəndəliyin rəhbəri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Masdar” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələrin ümumi portfeli 2027-ci ilə qədər 1,2 giqavattı ötəcək.

Trend xəbər verir ki, bunu “Masdar”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov Bakıda keçirilən 30-cu yubiley “Xəzər Neft və Qaz” (Caspian Oil and Gas) beynəlxalq sərgisi çərçivəsində təşkil olunmuş "Enerji sənayesində davamlılıq" mövzusunda panel müzakirəsində deyib.

“Biz Azərbaycana 2018-ci ildə Energetika Nazirliyinin elan etdiyi tenderdə iştirak etmək məqsədilə gəlmişik. 2021-ci ildə ofisimizi açdıq və artıq ölkədə beşinci ildir fəaliyyət göstəririk. Bizim ilk layihəmiz 230 MVt gücündə “Qaradağ” günəş elektrik stansiyası oldu — bu, Azərbaycanda kommunal miqyaslı ilk layihədir. Hazırda tərəfdaşımız “SOCAR Green” ilə birlikdə daha iki layihənin inşasına başlamışıq və eyni zamanda, 240 MVt gücündə "Abşeron-Qaradağ" külək elektrik stansiyası layihəsini hazırlayırıq”, - deyə o bildirib.

Sadıxov vurğulayıb ki, Azərbaycan təkcə faydalı qazıntılara investisiya üçün deyil, həm də bərpa olunan enerji sahəsinə yatırımlar baxımından da cəlbedici ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti