...

Azərbaycan və Pakistan arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Siyasət Materials 2 İyun 2025 18:08 (UTC +04:00)
Azərbaycan və Pakistan arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin beynəlxalq enerji əməkdaşlığının təşviqi baxımından əhəmiyyəti qeyd edilib.

Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olundu, perspektivli neft-qaz layihələri nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti