...

Bu gün bu ərazilərdə qaz olmayacaq

Cəmiyyət Materials 4 İyun 2025 06:00 (UTC +04:00)
Bu gün bu ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Bu gün Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Trend-ə ”Azəriqaz” İB-dən bildirilib.

Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsi, "Qurtuluş 93" ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti