...

Son iki ildə elektrik mühərrikli avtomobillərin sayı 10 dəfədən çox artıb - AYNA

İqtisadiyyat Materials 3 İyun 2025 12:27 (UTC +04:00)
Son iki ildə elektrik mühərrikli avtomobillərin sayı 10 dəfədən çox artıb - AYNA
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci illə müqayisədə 2024-cü ildə elektrik mühərrikli avtomobillərin sayı 10 dəfədən çox artıb. Hibrid avtomobillərin sayı isə sözügedən dövr ərzində 2 dəfədən çox artıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Dövlət proqramlarının idarə edilməsi şöbəsinin müdiri Vüsal Abbasov 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində "Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı" mövzusunda keçirilən panel müzakirədə deyib.

"Ölkəmizdə bu yöndə aparılan islahatlar avtomobil parkının yenilənməsinə də öz töhfəsini verib. 2023-cü ildə yaşı 5 ilədək olan ümumi minik avtomobillərin xüsusi çəkisi 4,6% idisə, 2024-cü ildə bu göstərici 6,4%-ə çatıb", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti